Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 19:44
İranda avqustun 13-ü və 14-ü ikigünlük matəm elan olunub.

İranın Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü Təbriz şəhəri ətrafında baş verən zəlzələdə 227 adam həlak olub, 1380 adam yaralanıb.

Artıq xilasetmə əməliyyatı başa çatdırılıb. 600-dən çox kənd ziyan çəkib. İranın Qırmızı Aypara Cəmiyyəti 16 min adam üçün 6 minə yaxın çadır qurub.

France-Press agentliyi xəbər verir ki, Tehran başqa ölkələrin yardımından imtina edib.

Avqustun 11-də günortadan sonra Təbriz və Ahar şəhərləri ətrafında əvvəlcə 6,4 ballıq, 11 dəqiqə sonra isə 6,3 bal gücündə zəlzələ olmuşdu.

İran televiziyasının məlumatına görə, bölgədəki 20 kənd tamam dağılıb.

İran zəlzələ bölgəsi olduğundan burda tez-tez dağıntılar olur. 2003-cü ildə Bam şəhərində baş verən zəlzələ nəticəsində 25 mindən çox adam ölmüşdü.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG