Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:25

London Olimpiya Oyunları sona çatıb


Londonda Olimpiya Oyunları sona çatıb. Bağlanış mərasimində olimpiya bayrağı 2016-cı ildə Olimpiya Oyunlarının keçiriləcəyi Rio şəhərinə təqdim edilib.

Mərasimdə idmançılar Britaniya bayrağı şəklindəki London silueti şəklində olan səhnəyə çıxıb.
Bağlanış mərasimində Spice Girls, Liam Gallagher, George Michael ve Elbowun da olduğu ingilis musiqisinin ən məşhur müğənniləri səhnəyə çıxıb. Mərasimin sonunda olimpiya məşəli və olimpiya alovu söndürülüb.

Daha sonra 2016-cı ildə Olimpiya Oyunlarının keçiriləcəyi Braziliya mədəniyyətinə aid musiqi və rəqs nümayiş olunub.

2012-ci il London Olimpiya Oyunlarında ABŞ 46 qızıl medalla birinci, Çin 38 qızıl medalla ikinci olub. İngiltərə 29 qızıl medalla üçüncü olub.

London Olimpiya Oyunlarında 44 dünya, 117 olimpiya rekordu qeydə alınıb.
XS
SM
MD
LG