Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:02

Daşkəsəndə yeni layihəyə başlanılır


Gələn aydan etibarən Daşkəsənin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə start verilir. Layihə müddətində min nəfər Daşkəsən sakini işlə təmin ediləcək.

Bu barədə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısının müavini Cavanşir Qocayev məlumat verib. Bildirib ki, layihəyə əsasən şəhər əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaq.

C. Qocayevin sözlərinə görə, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əldə olunan razılığa əsasən Daşkəsən rayonunda «Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə»nin icrasına başlanılacaq.

Layihə çərçivəsində çəkilən yeni xətlər Daşkəsən şəhəri ilə yanaşı Mədənçilər və Alunitdağ qəsəbələrini də əhatə edəcək.

Hazırda Daşkəsən şəhərində yaşayan əhalinin sayı 31 min nəfərdən çoxdur.
XS
SM
MD
LG