Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:24

Magistraturaların boş yerlərinə 600-dən çox tələbə sənəd verib


2012/2013-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul üçün «Bakalavrın elektron ərizəsi»ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi müddəti yekunlaşıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Magistratura üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev Trend-ə bildirib ki, 1373 vakant yer üzrə aparılan müsabiqədə iştirak etmək üçün 667 nəfər bakalavr ərizəsində ixtisas seçimi aparaq təsdiqləyib. Onların 579 nəfəri Azərbaycan, 88 nəfəri rus bölməsi üzrə sənəd verib.

Əliyev bildirib ki, müsabiqənin nəticələrinin bu gün axşam və ya sabah açıqlanağı gözlənilir.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün avqustun 7-dən 13-dək TQDK-nın internet saytının mü¬¬va¬fiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını «Bakalavrın elektron ərizəsi»ndə qeyd edib təsdiqləyiblər.

Azərbaycanın ali təhsil müəs¬sisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul bu il martın 4-də və iyunun 24-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
XS
SM
MD
LG