Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:40

«Azərbaycanın 9 medala sahib çıxması əhəmiyyətli və tarixi nəticədir»


Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın bu cür uğur qazanacağına inanırdı.

«Azərbaycan idmançılarının artıq 9 medala sahib çıxması əhəmiyyətli və tarixi nəticədir», bunu telefonla Trend-ə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Hüseynzadə ümid edir ki, bu gün yarışlara qoşulan Azərbaycanın daha iki güləşçisi medal qazanacaq.

MOK rəsmisi ümumi nəticələrdən sonra Azərbaycanın ölkələr arasında reytinqinin daha da yüksələcəyini bildirib.

Sərbəst güləşçilər Toğrul Əsgərovla Şərif Şərifov dünən yarışların baş mükafatına sahib olmaqla, Azərbaycana bir gündə 2 qızıl medal qazandırıblar.

Azərbaycan artıq London olimpiadasında ikisi qızıl olmaqla ümumilikdə 9 medal qazanıb və hazırda 30-cu yerdə qərarlaşıb.
XS
SM
MD
LG