Keçid linkləri

Təcili xəbərlər
2023, 08 Dekabr, Cümə, Bakı vaxtı 03:59

Ərəb Dövlətləri Liqası Suriyadakı vəziyyəti müzakirə edir


Ərəb Dövlətləri Liqasısı ölkələrinin xarici işlər nazirləri Bu gün Səudiyyə Ərəbistanında
Suriyadakı vəziyyəti və bu ölkəyə yeni beynəlxalq elçi təyin edilməsini müzakirə edirlər.

Qeyd edək ki, əvvəlki elçi Kofi Annan bu günlərdə istefa verib.

ABŞ Dövlət katibi Hillary Clinton şənbə günü İstanbulda türkiyəli həmkarı Ahmet Davutoğlu ilə Suriya üsyançılarına dəstək planını müzakirə edib.

Suriya ordusu Hələb şəhərini atəşə tutmaqda davam edir.

Həmçinin paytaxt Dəməşqdə bir neçə partlayış olduğu xəbər verilir.

Hüquq müdafiəçiləri son gün ərzində ölkədə gedən toqquşmalarda azı 20 dinc sakinin öldüyünü xəbər verirlər.

Həmçinin döyüşlərdə 9 əsgər və 10 üsyançı ölüb.
XS
SM
MD
LG