Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:46

Azərbaycan Olimpiadada rekordlarını davam etdirir


APA-nın məlumatına görə, Azərbaycan yığması XXX London Yay Olimpiya Oyunlarında medal sayında imza atdığı ilkin ardından medal əyarında da tarixinin ən yaxşı nəticəsini müəyyənləşdirib.

Belə ki, Azərbaycanın rekordu 12 il əvvələ - Sidney Olimpiadasına məxsus idi. Həmin vaxt idmançılar 2 qızıl və 1 bürünc medala sahib olmaqla, Azərbaycanın Olimpiada tarixində yeni səhifə açmışdılar.

Lakin bu uğur 12 il dəyişməz qalsa da, Londonda yenisi ilə əvəz olundu. Olimpiyaçılar artıq 2 qızıl, 2 gümüş və 5 bürünc medal qazanmaqla, 2 yeni rekordu birdən müəyyənləşdiriblər.

Həm medalların sayında, həm də medalların əyarında Azərbaycan yığması ilkə imza atıb.

Komandanın heyətində bu dəfə Toğrul Əsgərovla (60 kq) Şərif Şərifov (84 kq) qızıl, Rövşən Bayramovla (yunan-Roma güləşi, 55 kq) Mariya Stadnik (qadın güləşi, 48 kq) gümüş, Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (hər ikisi boks, +91 kq), Emin Əhmədov (yunan-Roma güləşi, 74 kq), Yuliya Ratkeviç (qadın güləşi, 55 kq) və Valentin Xristov (ağırlıqqaldırma, 56 kq) bürünc medal qazanıb.

Sidneydə Namiq Abdullayevlə Zemfira Meftahətdinova qızıl, Vüqar Ələkbərov bürünc medala layiq görülmüşdülər.
XS
SM
MD
LG