Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 22:31

Dünyada ən çox qazanan yazıçılar


James Patterson
James Patterson
-

"Forbes" jurnalı dünyada ən çox qazanan yazıçıların illik reytinqini açıqlayıb. Onların əksəriyyəti amerikalıdır.

Artıq 3-cü ildir ki, Amerika yazıçısı, detektiv romanlar ustası James Patterson birinciliyini qoruyur. Ötən ilin mayından bu ilin mayına qədər o, 94 milyon dollar qazanıb. Bu müddət ərzində onun 14 yeni kitabı çap edilib.

İkinci pillədə dəhşət romanlarının müəllifi Stephen King qərarlaşıb. Axır 1 ildə onun gəliri 39 milyon dollar təşkil edib.

Başqa bir amerikalı yazıçı, romantik macəra romanları ilə populyarlaşmış Janet Evanovich üçüncüdür (33 milyon dollar).

Daha bir "trillerçi" John Grisham 4-cü ($26 milyon), uşaq yazarı Jeff Kinney ($25 milyon) isə 5-cidir.

6-cı pillədə qərarlaşan Bill O'Reilly ($24 milyon) "Fox" telekanalının aparıcısıdır, amma o, tarixi mövzulu kitabları ilə də pis qazanmır. Kitablarının bəziləri prezidentlərin qətli haqqındadır: "Linkolnun öldürülməsi", "Kennedinin öldürülməsi"...

Sehrbaz oğlan Harri Potter haqda romanların müəllifi, britaniyalı J.K.Rowling indi də böyüklər üçün yazmağa başlayıb. Və o yenə də ən çox qazananlar sırasındadır. Son bir ildə onun gəliri 17 milyon dollar olub (11-ci yer)

"Twilight" (Alatoran) kimi bestsellerin müəllifi, vampirlərdən yazan Stephenie Meyer isə zirvədən enməkdədir: ( $14 milyon).

Göstərilən gəlirlər təkcə kitab satışını əhatə etmir, bəzi müəlliflər əsərlərinə çəkilmiş filmlərdən də böyük qazanc əldə edirlər.

oxuzalı.az

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG