Keçid linkləri

Təcili xəbərlər
2021, 19 May, çərşənbə, Bakı vaxtı 07:55

Azərbaycanlı güləşçilər finalda


Foto arxiv
Bu gün Olimpiadasında sərbəst güləş üzrə daha 3 idmançımız mübarizəyə başlayıb.

Yarışa 1/8 final mərhələsindən qoşulan Toğrul Əsgərov finala çıxıb.

Finalda onun rəqibi rusiyalı Besik Kudukov olacaq.

60 kq çəki dərəcəsində mübarizə aparan Toğrul bunadək 3 görüşdə rəqibləri üzərində inamlı qələbə qazanıb.

84 kq çəki dərəcəsində mübarizə aparan digər güləşçi Şərif Şərifov da 3 görüşdə inamlı qələbə qazanaraq finala çıxıb.

Şərifin finalda rəqibi Yusept Espinal (Puerto Riko) olacaq.


120 gq çəki dərəcəsində mübarizə aparan Camaləddin Məhəmmədov isə elə ilk mərhələdə-1/16 finalda rusiyalı Bilal Maxova məğlub olaraq yarışı dayandırmalı olub.
XS
SM
MD
LG