Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 16:00

Vaşinqtonla Ankara Suriya üsyançılarına yardım planını nəzərdən keçirir


Birləşmiş Ştatlarla Türkiyə Suriya üsyançılarına yardım etmək üçün uçuşlar üçün qadağan zonası yaradılması və digər tədbirlərin mümkünlüyünü nəzərdən keçirirlər.

Bunu ABŞ Dövlət katibi Hillary Clinton bu gün İstanbulda Türkiyənin xarici işlər naziri
Ahmet Davutoğlu ilə görüşdən sonra bəyan edib.

Hillary Clinton qeyd edib ki, Suriyada zorakılıqların mümkün qədər tez dayandırılması və Prezident Bashar Assad rejiminin getməsinin tezləşdirilməsi Ankara ilə Vaşinqtonun qarşısında duran ümumi strateji tapşırıüqlardan biridir.

O eyni zamanda bildirib ki, Suriya Türkiyədə fəaliyyət göstərən kürd separatçılarının sığınacağına çevrilməməlidir.

Ahmet Davıtoğlu isə beynəlxalq aləmi Suriyadakı hümanitar böhranın yoluna qoyulmasında yaxından iştirak etməyə çağırıb.

Hazırda Türkiyədə 10 minlərə Suriya qaçqını var.
XS
SM
MD
LG