Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:09

İsveç reklam şirkətinin 3 əməkdaşı Belausun milli təhlükəsizlik komitəsinə çağrılıb


İsveç reklam şirkətinin 3 əməkdaşı ifadə vermək üçün Belausun milli təhlükəsizlik komitəsinə çağrılıb.

Onlar təyyarə ilə Minsk üzərində söz azasdlığının müdafiəsi ilə bağlı vərəqlər yaymaqda, bu əməliyyatın təşkilində günahlandırılırlar.

Bu barədə onların özləri məlumat verib.

Belarus hakimiyyəti əks halda onları 6 ay həbs cəzası, 2 il məcburi əmək və ya cərimə ilə hədələyib.

Onlardan biri ittiham irəli sürülməyəcəyi halda ifadə verməyə hazır olduqlarını deyir.

Belarus Təhlükəsizlik Komitəsinin yaydığı bəyanatında deyilir ki, bu 3 nəfər sərhəddi qanunsuz keçmədə şübhəli bilinirlər və onların hüquqlarına ölkə qanunları çərçivəsində baxılacaq.

Bu işlə bağlı artıq 2 Belarus vətəndaşı saxlanıb.

Bu məsələ iki ölkə arasında diplomatik qalmaqala səbəb olub.

İsveçin Minskdəki səfiri ölkədən çıxarılıb.

İsveç isə buna cavab olaraq 2 Belarus diplomatının vizasını ləğv edib.

Avropa Birliyi cümə günü İsveçlə həmrəy olduğunu bəyan edib.
XS
SM
MD
LG