Keçid linkləri

2026, 21 İyun, bazar, Bakı vaxtı 16:11

Ədalət Əsgəroğlu. Tel-tel olub əsər rüzgar

-

Tel –tel olub əsər rüzgar,
Düymə –düymə bağlar məni.
Xallar vurar düyün-düyün
Hal qəsrində saxlar məni.

Öz külümdü… ocaq çatar,
Tüstüm uçar ərsə çatar.
Bəla gələr çalar – çapar
Çalın –çarpaz dağlar məni.

Əsgəroğlum keç qəlbidən,
Qəlp qəsdidir qəlbi dilən.
Qəlpələnsə qəddim birdən
Qəhr eyləsin sağlar məni.
XS
SM
MD
LG