Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 19:24

ƏDALƏT ƏSGƏROĞLU. ƏSGƏROĞLUM, DƏRD DEYIL BU


-


Əsgəroğlum dərd deyil bu,
Bir şahmardı məni qovur.
Yuxu nədi yatammıram,
O da yatmır bircə hovur.

Soruşmuram, hardan gəlib,
Doğma deyil, kim göndərib.
Məni yumağa döndərib,
Evimi köndələn qoyur.

Böyrüm-başım əcinnələr,
Qapımı açmır kimsələr.
Haqq da qorxur ki, incələr,
Təklik məni yaman yorur.
XS
SM
MD
LG