Keçid linkləri

2024, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 07:18

ƏDALƏT ƏSGƏROĞLU. YETİŞ İMDADIMA, GƏL, XUDAM, DEDİM...


-

Gəlmişdim mən sənə hələlik deyim,
Dilim zalım oldu, əlvida dedim.
Tək Tanrı eşqinə dönüm, dönməyim...
Dünya dağılmaz ki, bir xəta, dedim.

Ümid göyərtmişdim torpağım sanı,
Xoş günə yazmışdın qədər yazanı.
İndi bu dərdlərin gözləri hanı,
Məni şirin-şirin aldada, dedim.

Qəmi əskik olmaz mən tək fağırın,
Ötürər yüngülün tutar ağırın.
Bir gerçək sözlünü qonaq çağırın,
Hikməti, kəlamı bal dadar, dedim.

Ötər Əsgəroğlum bir qara daşnan,
Gözüqıpıq qalan bu yarı yaşnan.
Üzə kölgə salan havalı başnan
Yetiş imdadıma, gəl, Xudam, dedim.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG