Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Ədalət Əsgəroğlu. Gerçək yükün tutub güldən...


-

Gerçək yükün tutub güldən,
Söz çəkir yel döyən yerdən.
Can-can deyib a... a... a... cani-dildən
Aydan baxan gümüş gözlər
Xallı üzdə oxunmur,
Oxunmur, iki gözüm, oxunmur.

Mən qəm göyərtmədim qara göz üstə
Qəm məni göyərtdi yanan köz üstə...
Cızılıb yazılar tellənir a... a... a...
Sədəf saz üstə,
Qəmli xatirələr nifrət üstündə oxunmur,
Oxunmur, iki gözüm, oxunmur.

Çadır-çadır qarıyan,
gülü umsunan qapılar.
Cadar-cadar naxış atan
üzə gülümsünən qapılar,
Cəftəsini qan tutmaz a... a... a...
Gülü şax sınan qapılar
Rüzgarlara köklənib
həsrət üstündə oxunmur,
oxunmur, iki gözüm, oxunmur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG