Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:05

Liviyada keçmiş müxalifət lideri prezident vəzifəsinin icrasına başladı


Liviyada yeni Milli Şura avqustun 9-da keçmiş müxalifət lideri Muhammad Magarief`i özünün prezidenti seçib. O, Liviyada Milli Cəbhə Partiyasının lideri olub.

Bu, Milli Keçid Şurasının Liviyada hakimiyyəti ələ almasından bəri ilk hakimiyyət dəyişikliyidir.

Mötədil islamçı baxışlara sahib olan Magarief 200 nəfərlik konqresə rəhbərlik edəcək, Baş naziri təyin edəcək, qanunları imzalayacaq və gələn il yeni konstitusiyanın qəbulundan sonra Liviyada yeni parlament seçkisini təşkil edəcək.

O, rəqibi müstəqil namizəd Ali Zidanı 113 səs çoxluğu ilə udub. Uduzduğunu etiraf edən Zidan da Magarief`i təbrik edib, bildirib ki, onların arzu etdikləri də elə bu cür demokratiyanın qurulmasıdır.
XS
SM
MD
LG