Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:48

MTS Özbəkistandakı işçilərinin təzyiqlərə məruz qaldığını deyir



Rusiyanın telekommunikasiya nəhəngi olan MTS şirkəti bildirir onun Özbəkistanda işləyən əməkdaşları demək olar hər gün təzyiqlərlə üzləşirlər. Şirkət iddia edir ki, yerli məmurlar onun işçilərini hansısa qanunsuz əməllərlə bağlı saxta etirafları imzalamağa məcbur edirlər.

MTS şirkətinin vitse-prezidenti Michael Hecker bildirir ki, onların yerli törəmə şirkətləri olan Uzdunorbita`nın işçilərini bağlı qapı arxasında istintaqa cəlb edir, içəridə onların qarşısında əli bağlı adamlar gəzdirir və deyirlər ki, sənədləri imzalamasanız sizin də aqibətiniz belə olacaq.

Özbəkistan hakimiyyəti ölkədə böyük mobil rabitə operatorlarından olan Uzdunorbita`ının lisenziyasını bu ilin iyulunda dayandırıb. Hökumət şirkəti mənimsəmədə, saxtakarlıqda və başqa maliyyə cinayətkarlıqlarında ittiham edir.
Bəzi ehtimallara görə Özbəkistan elitasında kimlərsə şirkətin dəyəri 1 milyard dollara çatan əmlakını ələ keçirməyə çalışır.

MTS isə Özbəkistanda fəaliyyətini bərpa etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəyini bildirir.
XS
SM
MD
LG