Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:21

VHP hökumətə etiraz edir


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) söküntülərlə bağlı vətəndaşlara ödənilən məbləğin azlığına etiraz edir.

Partiyanın avqustun 10-da yaydığı bəyanatda qeyd edilir ki, şəhərin müəyyən hissələrində hər kvadrat metr üçün 1500 manat nəzərdə tutulsa da, rəsmi qurumlar bu məbləği ödəməkdən imtina edir, razılaşmayan sakinlərin mülklərini isə barbarcasına uçurur, insanları küçələrə tökürlər.

Bəyanatda daha sonra deyilir:

“Müşahidələr göstərir ki, bir çox hallarda yaşayış sahəsinin faktiki ölçüləri, qeyri-yaşayış sahələri və s. nəzərə alınmır, müxtəlif bəhanələr gətirilir və nəticə etibarilə ödənilən kompensasiya hər kvadratmetrə görə 300 manata qədər endirilir. Bu isə sakinlərin nəinki həmin ərazidə, hətta Bakının ucqarlarında belə normal mənzil almasına kifayət etmir. Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası bu halları vətəndaşların dövlətdən qəsdən narazı salınması kimi dəyərləndirir və ayrı-ayrı qurumların bu özbaşınalığını kəskin şəkildə pisləyir”.

Partiya hakimiyyəti bu narazılıqları dərhal aradan qaldırmağa çağırır.
XS
SM
MD
LG