Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:21

Ramin Əzizov beşqat dünya çempionunu məğlub edib


Avqustun 10-da XXX London Yay Olimpiadasında Azərbaycan taekvondoçu Ramin Əzizov ilk döyüşü keçirib.

80 kq çəki dərəcəsində mübarizə aparan Ramin Əzizov ilk görüşündə ikiqat olimpiya və 5 qat dünya çempionu amerikalı Stiven Lopesi məğlub edib.

O, növbəti mərhələdə Rəsul Abdulrəhim (Qırğızıstan) – Mauro Sarmiento (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Azərbaycan London olimpiadasında cəmi iki taekvondoçu ilə təmsil olunur.
XS
SM
MD
LG