Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:17

“Partiya biletini cır at”, “Oliqarxların “obyekti”, “Xəzər sahilində radarlar”


Avqustun 10-da “Yeni Müsavat” azərbaycanlı oliqarxların Suriyada pullarının batmasından yazır. Qəzetə görə, Hələb azərbaycanlı oliqarxların “obyekti” imiş.

“İddialara görə, ölkəmizdən çıxarılan 48 milyardın əhəmiyyətli bir qismi inqilab olan ərəb ölkələrinə yatırılıbmış”.

“Azərbaycan” qəzeti strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini yazır.

“Bu günlərdə Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri də əlamətdar olmuşdur”.

KİTAB ÇAPINDA MAFİYA?

“Elm və təhsili qəsdən biabırçı vəziyyətə saldılar”. Bu fikirləri “Bizim yol”a müsahibəsində sabiq təhsil naziri Firudin Cəlilov deyib. Onun fikrincə, Azərbaycan təhsili xəstə yox, artıq ölüm ayağındadır.

Firudin Cəlilova görə, “Azərbaycanda kitab çapı, elmi əsərlərin və dərsliklərin nəşrində böyük mafiya sistemi var”.

“Xəzər sahilində quraşdırılacaq radarlar qaçaqmalçılığa qarşı mübarizəni gücləndirəcək”.

Bunu “Yeni Azərbaycan” qəzetinə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

“Bu stansiyalar qanunu pozanları daha yaxşı izləmə imkanı verməklə, onların fəaliyyətinin qarşısını almağa yönələcək”.

Novruz Məmmədov bunu ABŞ Dövlət Departamentinin 2011-ci ildə terrorçuluğa qarşı mübarizə üzrə hesabatına münasibət bildirərkən deyib. Hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti Xəzər dənizi sahili boyunca 7 radiolokasiya stansiyasının quraşdırılmasını öz üzərinə götürüb.

"PARTİYA BİLETİNİ CIR, AT"

“Azadlıq” qəzeti yazır ki, AXCP üzvü olduğuna İlham Kazımov adlı partiya üzvünün evinin söküldüyünü yazır.

İlham Kazımovsa deyir ki, “mənə deyirlər partiya biletini cır at, sənə iş verək. Bundan imtina etdiyim üçün indiyə qədər iş tapa bilməmişəm”.
XS
SM
MD
LG