Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:36

Suriya üzrə yeni xüsusi nümayəndə təyin olunacaq



Yaxın günlərdə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annanın yerinə əlcəzairli diplomat Lahdar Brahimi təyin olunacaq.

Xəbəri Reuters agentliyi diplomatik mənbələrə istinadən yayıb.

78 Lahdar Brahimi 90-cı illərdə Əlcəzairin xarici işlər naziri olub. O, BMT-nin CAR və Haiti üzrə xüsusi nümayəndələri vəzifələrində də çalışıb.

Kofi Annan Suriya üzrə xüsusi nümayəndə vəzifəsində bu ilin fevralında təyin olunmuşdu. Onun təşəbbüsü ilə irəli sürülən atəşkəs razılığı isə kağız üzərində qaldı.

.
XS
SM
MD
LG