Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:03

Bosniya serbləri naziri istefa verməyə çağırıblar


Bosniya serbləri ölkənin BMT-ki daimi nümayəndəsinə Suriyanı ittiham edən qətnamə layihəsini dəstəkləməyi məsləhət gördüyünə görə xarici işlər naziri Zlatko Laqumbciyanı istefa verməyə çağırıblar.

Kollektiv rəyasət heyətinin üzvü Neboysha Radmanoviç bildirib ki, xarici işlər naziri bunu ali dövlət orqanı ilə məsləhətləşmədiyinə görə istefa verməlidir.

Hazırda Bosniyanı müsəlman, serb və xorvatlardan ibarət kollektiv rəyasət heyəti idarə edir.

Bu ölkədə istənilən qərar kollektiv şəkildə qəbul edilməlidir.
XS
SM
MD
LG