Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 07:48

Daha bir Azərbaycan əsgəri həlak olub

Foto arxiv
Foto arxiv
Azərbaycan ordusunda ölümlə nəticələnən insident baş verib.

APA-nın məlumatına görə, hadisə Qazax rayonundakı hərbi hissədə baş verib.

Əsgər Bəhruz Rəhimov əsgər yoldaşının əlindəki silahdan açılan atəş nəticəsində ölüb.

Məlumata görə hadisə silah təmizlənərkən ehtiyatsızlıq üzündən baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Bəhruz Rəhimov Masallı rayonundan hərbi xidmətə çağırılıb.
This item is part of
XS
SM
MD
LG