Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 14:58

Məhkəmə müxalif gənclərin iddiasını təmin etmədi


-
Avqustun 9-da 1 saylı İnzibati İqtisadi Məhkəməsi bir qrup müxalif gəncin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiasına baxıb. Amma iddia təmin olunmayıb.

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, 6 aya yaxın davam edən proses hər dəfə cavabdeh tərəfdən nümayəndənin gəlməməsi səbəbindən təxirə salınıb:

«Avqustun 9-da da Bakı şəhər İcra Hakimiyyətinin nümayəndələri olmadan məhkəmə bizim iddiamızın təmin olunmaması barədə qərar qəbul edib. Biz apellyasiya şikayəti verəcəyik».

Bir qrup gənc bu il martın 4-də mitinq keçirmək üçün yer ayrılması tələbi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsə də, qurum onların müraciətinə mənfi cavab verib.

Bundan sonra təşkilatçılar maddi təzminat olaraq hər birinə 1000 manat ödənməsi tələbi ilə Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə veriblər.
XS
SM
MD
LG