Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Fransada romanlara qarşı reydlər keçirilib


Fransa polisi Lill şəhəri ətrafında romanlara qarşı reyd keçirib.

2 düşərgədə keçirilmiş reyd nəticəsində 200-dən çox adam Buxarestə uçan təyyarə ilə
Rumınyaya göndərilib.

Daxili işlər nazirliyinin məlumatına görə polis pis sanitar-gigeniya şəraitinə əsaslanaraq qanun çərçivəsində hərəkət edib.

Həftənin əvvəllərində isə Paris və Londonda keçirilmiş reydlər nəticəsində sənədi olmayan yüzlərlə roman Şərqi Avropa ölkələrinə qaytarılıb.

2 il əvvəl, keçmiş prezident Sarkozy dövründə Fransada keçirilmiş bu cür reydlər Avropa
Birliyi, katolik kilsələri və hüquq müdafiəçiləri tərəfindən tənqidlə qarşılanmışdı.
XS
SM
MD
LG