Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:09

Fətulla Hüseynovun oğlu avtomobil qəzasında ölüb.


Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 7-si gecə qeydə alınıb. Yüksək sürətlə idarə olunan «Toyota» markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobilin sürücüsü 1964-cü il təvəllüdlü Tahir Fətulla oğlu Hüseynov aldığı xəsarətdən hadisə yerində vəfat edib. Avtomobildə olan daha bir sərnişin xəstəxanaya yerləşdirilib.

Avtomobil qəzasında vəfat edən şəxs «Qara polkovnik» kimi tanınan Fətulla Hüseynovun oğludur.

Fətulla Hüseynov Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə olub. 2004-cü ilin iyununda səhər saatlarında yaşadığı binanın qarşısında öldürülüb.

Avtomobil qəzasında ölən Tahir Hüseynov bir müddət hüquq-mühafizə orqanlarında işləyib.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG