Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:40

M.Qurbanlı: «Suriyadakı proseslərdə məqsəd demokratik sistemi gətirmək deyil»


Mübariz Qurbanlı
Mübariz Qurbanlı
«Suriyada baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir, çünki bu bölgədə döyüşlər, qarşıdurmalar daha geniş xarakter alıb». Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

O bildirib ki, həm hökumət qoşunları, həm də müxalifətin silahlı birləşmələri döyüşlərdə heç nəyə baxmadan, böyük dağıntılar, insan qırğınları törədirlər.

«Bütün bunlar dünyadakı mövcud qayda-qanunlar, humanizm baxımından yaxşı hadisələr deyil, əksinə pis nümunələr yaradır», - millət vəkili deyib.

M. Qurbanlı bildirib ki, bu hadisələr bütövlükdə bölgə üçün böyük təhlükə mənbəyinə çevrilib. Onun sözlərinə görə, Suriyaya hansısa xarici müdaxilənin olmasının bölgədə müharibəyə gətirib çıxaracağı aydın şəkildə özünü göstərir.

«DÜNYA ÇAPINDA YENİ BİR MƏRHƏLƏ BAŞLANIB»

«Ona görə də, ölkə daxilindəki qırğınların qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının müəyyən etdiyi mandat üzrə xüsusi nümayəndələr çalışır. Amma bu nümayəndələrin fəaliyyəti istənilən nəticəni vermir. Döyüşlər dayanmayıb, əksinə daha geniş xarakter almaqdadır. Hər iki tərəf ağır texnikadan, artilleriyadan, aviasiyadan istifadə edir. Hətta kimyəvi silahların işə düşəcəyi ehtimalı var. Bütövlükdə, bu hadisələr onu göstərir ki, dünya çapında yeni bir mərhələ başlanıb», - Qurbanlı bildirib.

YAP icra katibinin müavini qeyd edib ki, dünyada geopolitik mübarizə və bu mübarizədə istifadə olunan üsullar dəyişib. Bu gün açıqdan-açığa kütləvi olaraq silahlardan istifadə edildiyini deyən Qurbanlının fikrincə, ərəb ölkələrində baş verən hadisələrin gedişatı göstərir ki, bütün bunların arxasında heç də demokratik dəyişikliklər, xeyirxah məqsədlər, uzun müddət hakimiyyətdə olan qüvvəni devirmək yox, sırf geopolitik maraqlar dayanır.

MƏQSƏD DEMOKRATİK SİSTEMİ GƏTİRMƏK DEYİL

O, həmçinin vurğulayıb ki, xüsusilə dünyanın coğrafi baxımdan, əlverişli məntəqələrinə nəzarət və bu fonda enerji yataqlarına nəzarət, bunun sayəsində isə dünya çapında hegemon ölkələrin öz maraqlarını ifadə etməsi dayanır.

«Kənardan belə görünür ki, hakimiyyət uğrunda mübarizə aparan qüvvələr ölkəyə yeni bir dövr, yeni sistem gətirmək istəyirlər. Amma biz görürük ki, bu yeni sistem uğrunda mübarizə deyil. Xaricdən Suriya hakimiyyətinə qarşı qüvvələri dəstəkləyənlər doğurdan da, insan hüquqlarının pozulmasına qarşı çıxış edirlərsə, onda nə üçün işğalçılıq nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın taleyinə laqeydlik göstərirlər», - Qurbanlı bildirib.

Onun fikrincə, bu proseslərdə heç də məqsəd demokratik sistemi ərəb ölkələrinə gətirmək deyil. Burada alt qatda başqa məqsədlər dayanır. Bu məqsədlər geopolitik, enerji yataqlarına nəzarət, həmçinin dünya coğrafiyasında gedən mübarizədə öz sözünü deməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG