Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 23:22

Bu gecə metronun 5 stansiyası müvəqqəti bağlanır

Tikinti işləri ilə əlaqədar Bakı Metropoliteninin «20 Yanvar» - «Dərnəgül» sahəsi avqustun 9-u axşam 22:00-dan avqustun 13-ü səhər saat 06:00-dək bağlı olacaq.

Bu barədə Bakı Metropolitenindən məlumat verilib.

Həmin müddətdə qatarlar «İnşaatçılar» stansiyasından geri qayıdacaq.

Metropoliten rəhbərliyi sərnişinlərdən xahiş edir ki, bu müddətdə qeyd olunan istiqamətdən maksimum dərəcədə istifadə etməsinlər.

«20 Yanvar» – «Dərnəgül» sahəsində 5 stansiya «20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül» stansiyaları yerləşir.
This item is part of
XS
SM
MD
LG