Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Belorusa atılan oyuncaqlara görə səfirlər qovuldu



Avropa Birliyi İsveçlə Belorus arasında gərginliyin müzakirəsinə başlayır
Avropa Birliyi ölkələrinin səfirləri İsveçlə Belorus arasında diplomatik gərginliyə görə təcili toplantı keçirəcəklər. Minsk İsveç diplomatlarını ölkədən qovub. İsveç bunu diplomatların Belorusda insan haqlarını fəal müdafiə etmələri ilə izah edir.

İyulun 4-də İsveçdən olan bir ictimai sektor fəalı təyyarə Belorus hava sahəsinə girərək minlərlə uşaq oyuncağı atıb. Oyuncaqlarda “Bizi susdura bilməzsiz” yazan fəallar bununla Belorusda insan haqları pozuntularına etiraz etdiklərini bildiriblər.
Buna cavab olaraq keçən həftə Minsk İsveç səfirini ölkədən çıxarıb.
İsveç də Belorus səfirini qovub.

Avqustun 8-də Minsk bəyan edib ki, İsveçin paytaxtı Stokholmda olan başqa Belorus diplomatlarını da tam geri çağıracaq. Belorus rəhbərliyi İsveçi də öz diplomatlarını bu ölkədən çıxarmağa çağırıb.

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton`un sözçüsü bildirib ki, Birliyə daxil olan 27 ölkənin təmsilçiləri fövqəladə toplantıda Minsklə Stokholm arasında yaranan gərginliyi müzakirə edəcəklər. Amma o, bundan başqa detallar haqqında məlumat verməyib.

Oyuncaq hadisəsinə görə Belorusda bir bloqqer Anton Surapin 7 illik həbs cəzası ilə üz-üzədir. O, isveçli fəalın təyyarədən atdığı oyuncaqların şəklini çəkib öz bloqunda yaymaqda ittiham olunur. Surapin keçən ay həbs edilib.

ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic bu gün Belorus rəhbərliyinə müraciət edərək jurnalist-bloqqer Anton Surapinə qarşı ittihamlara son qoyulmasını xahiş edib
XS
SM
MD
LG