Keçid linkləri

2017, 24 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:54

Britaniyada Kamerundan olan 7 idmançı itib



Beynəlxalq Olimpiya Komitəsi Kamerundan olan 7 idmançının Londonda itkin düşdüyünü təsdiq edib. Komitə avqustun 8-də rəsmi məktubla bu barədə Kamerun Milli Olimpiya Komitəsini məlumatlandırıb.

London Olimpiadasındakı Kamerun nümayəndə heyətinin rəhbəri David Ojong bildirib ki, ötən həftənin sonundan bəri 5 boksçu, 1 üzgüçü və 1 də qadın futbolçudan xəbər tuta bilmirlər.

Hələlik idmançıların taleyi haqqında heç bir məlumat yoxdur. Onların bu ilin noyabrına qədər Britaniyada qalmaq üçün vizaları varmış.

London Olimpiyasının rəsmiləri də idmançıları tapmağa çalışdıqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG