Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 20:09

Məhkəmə prezidentdən güclü olarmış...


Zardari
Zardari
Pakistanın Ali Məhkəməsi baş naziri məhkəməyə çağırır.
Bu hələ harasıdır?
Məhkəmə baş nazirdən soruşur ki, prezidentin korrupsiyasını niyə araşdırmaq istəmir?

Ali Məhkəmə baş nazir Raja Perviz Ashrafdan izah istəyir ki, prezidentə qarşı korrupsiya ittihamlarının araşdırılması üçün niyə lazım olan addımları atmır.

Bunlar qəribə görünə bilər.
Ancaq Pakistanda iki ay əvvəl o vaxtki baş nazir Yusif Rza Gilani də prezidentin rüşvətxorluğunu araşdırmaq istəmədiyinə görə Ali Məhkəmə ona baş nazir vəzifəsini tutmağı qadağan etdi.

Ali Məhkəmənin indiki baş nazirdən istədiyi nədir?
Məhkəmə tələb edir ki, baş nazir İsveçrəyə məktub yazıb, xahiş etsin ki, İsveçrə Pakistan prezidenti Asif Ali Zardari əleyhinə olan köhnə korrupsiya istintaqını yenidən başlasın.

Baş nazirin buna cavabı isə budur ki, Zardari ölkə prezidentidir və onun toxunulmazlığı var.

Pakistan prezidenti bir vaxtlar milyonlarla dolların mənimsənilməsində ittiham olunurdu.

5 hakimdən ibarət Ali Məhkəmənin hakimi Asif Said Khosa deyir ki, baş nazir avqustun 27-də məhkəməyə gəlməlidir. Çünki ona verilən vaxt başa çatdı.

Ali Məhkəmə baş nazirə avqustiun 8-nə qədər vaxt vermişdi ki, İsveçrə rəsmilərinə məktub yazsın.

Baş nazir Raja Ashraf
Baş nazir Raja Ashraf
Baş nazirin köməkçisi Favad Chaudry deyir ki, indi baş nazir siyasi müttəfiqləri və öz partiyası ilə məsləhətləşmələr aparır ki, bu məhkəmə qərarı ilə neyləsin.

Yaranmış vəziyyət haqda hüquqşünaslar nə fikirləşir?

Pakistanın məşhur vəkili Abdul Hafiz Pirzada deyir ki, əgər baş nazir İsveçrəyə məktub yazmasa, Ali Məhkəmə onu baş nazir vəzifəsindən uzaqlaşdıracaq.

Müşahidəçilərin fikrincə, Pakistanda məhkəmələr aqressiv görünə bilər, ancaq məhkəmələr onların qərarlarının yerinə yetirilməməsinə, xüsusilə hökumət tərəfindən yerinə yetirilməməsinə çox dözümsüzdürlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG