Belarus Xarici İşlər Nazirliyi avqustun 8-də bəyan edib ki, səfirliyi İsveçdən geri çağırırlar. Buna səbəb isə son günlər iki ölkə arasında demokratiya məsələləri ilə bağlı yaşanan gərginlik olub. Belə ki, İsveçli bir pilot Belarusda söz azadlığını təbliğ etmək üçün iyulun 4-də Litvadan birmühərrikli təyyarə ilə qalxaraq qanunsuz Belarusun hava məkanına daxil olub. 1000-ə qədər uşaq oyuncaqlarını təyyarəsindən yerə səpələyib. Oyuncaqların üzərində ingilis və Belarus dilində belə yazı olub: “Bizi susdurmaq mümkün deyil”.
Nazirlik Stokholmu da eyni addım atmağa – Minskdən diplomatik nümayəndəliyini geri çağırmağa səsləyib.
Belarus İsveçin səfirini ötən həftə ölkədən çıxarıb.
Belaruslu bloqqer Anton Surapin və sahibkar Syarhey Basharymau da ölkəyə rəsmilərin “qanunsuz müdaxilə” adlandırdığı etiraz aksiyasına cəlb olunduğuna görə cəzalandırılıb.