Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 07:28
Avqustun 8-də Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərovun dəfn mərasimi keçiriləcək.

Bununla bağlı Bakının bir sıra mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, tədbirlə bağlı proqram tərtib olunub.

Dəfn mərasimi ilə əlaqədar gün ərzində Şəhriyar Adına Mədəniyyət Mərkəzindən, yəni Zərifə Əliyeva küçəsindən Fəxri Xiyabanadək olan küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulacaq.

Yol polisi günorta saatlarından tədbir başa çatanadək (saat 18 radələri) Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, «Azneft» meydanı, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti istiqamətində hərəkətin məhdudlaşdırılacağını bildirir və sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, xaricdən gəlmiş qonaqlar iştirak edəcək.

Keçmiş spiker dünən səhər vəfat edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG