Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:12

Azərbaycanda maaşa işləyənlərin sayı 1 milyon 400 mindir


Bu ilin iyun ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta siyahı sayı 1 388,2 min nəfər olub və onlardan 852,3 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 535,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, muzdla işləyənlərin 23,9%-i təhsildə, 19,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 9,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,9%-i tikintidə, 5%-i nəqliyyat və anbar təsərrüfatında, 3,2%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,9%-i informasiya və rabitə sahəsində və 14,8%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

«Cari ilin iyun ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 397 manat təşkil edib, yanvar-iyun aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 8,3% artaraq 384,5 manat olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, nəqliyyat və anbar təsərrüfatı sahəsində və tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.
XS
SM
MD
LG