Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:45

İranda iki gənc azərbaycanlı şairin məhkəməsi başlanıb


Bu gün İranda həbsdə saxlanılan Azərbaycan şairlərinin - Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəmə prosesi keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan tərəfinin səyləri ilə bu gün keçirilən prosesdə ölkəmizin Təbrizdəki Baş Konsulluğunun iki əməkdaşı və şairlərin yaxın ailə üzvləri iştirak edib.

Prosesdə şairlər onlara verilən sualları cavablandırıb, günahkar olmadıqlarını bir daha vurğulayıblar. Şairlər İrana səfər etməkdə hər hansı cinayət xarakterli niyyətlərinin olmadığını qeyd ediblər.

XİN-in məlumatına görə, Azərbaycan vətəndaşlarına verilən suallar İrana səfərin məqsədi və mahiyyəti ilə əlaqədar olub.

Məhkəmənin hakimi şairlərin konkret olaraq hansı maddələrlə ittiham olunmaları barədə heç bir məlumat verməyib və yaxın günlərdə məhkəmənin qərarının açıqlanacağını deyib.
XS
SM
MD
LG