Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 18:23

Clinton Suriyadakı vəziyyətdən istifadə etmək istəyənlərə xəbərdarlıq edir


ABŞ Dövlət katibi Hillary Clinton Cənubi Afrikada deyib ki, Suriya böhranı dinlər və məzhəblər arasında müharibəyə çevrilməməlidir.

Clinton xəbərdarlıq edib ki, terrorçu yaraqlılar və dini mücahidlər Suriyaya göndərilməməlidir.

Afrikaya səfərə çıxmış Clintonun sözlərinə görə, Suriyadakı vəziyyətdən istifadə etmək istəyənlərə aydın xəbərdarlıq edilib və onlar başa düşməlidirlər ki, buna dözüm göstərilməyəcək.

Ancaq Clinton ölkələrin və ya qrupların adını çəkməyib.
XS
SM
MD
LG