Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:10

Məşhur səyyahın kitabı Azərbaycan dilində!


“Alatoran Yayınları” seriyasından Tur Heyerdalın “Kon-Tiki səyahəti” kitabı nəşr edildi.

-

Norveçli səyyah və təbiətşünas alim Tur Heyerdal 1947-ci ildə dostları Knut Haugland, Bengt Danielsson, Erik Hesselberq, Torstein Raaby və Herman Vatzinger ilə birlikdə elm adına qeyri-adi bir fədakarlıq göstərərək balsa ağaclarından düzəlmiş sal üzərində Cənubi Amerika sahillərindən Polineziya adalarına üzmüşdü.

“Kon-Tiki” adlandırılan bu salın üzərində, açıq okeanda 101 günlük təhlükəli səyahətə onları vadar edən səbəb, Sakit okeanın dərinliklərində yerləşən Polineziya adalarında ispan konkvistadorları tərəfindən çəkilmiş ink qəbiləsinə məxsus sal rəsmləri, arxeolji dəlillər və bir çox yazılı mənbələr olmuşdu.

1947-ci ilin 7 avqustunda Peru sahillərindən ayrılan “Kon-Tiki” 8000 km məsafə keçərək Tuamotu adasının sahillərinə varmağı bacarmışdı.

Çoxları Peru əfsanəsinin qəhrəmanı Kon-Tikinin adını daşıyan bu ibtidai salın Sakit okeanın o tayındakı Polineziya adalarına çatmadan yolda batacağını güman edirdi.

Lakin Heyerdal ibtidai insanların okean cərəyanlarından istifadə etməklə həmin məsafəni qət etdiyinə və öz heyətinin də bunun öhdəsindən gələcəyinə inanırdı.

Tur Heyerdalın “Kon-Tiki” kitabı dünyanın 70 dilində dərc olunub, Azərbaycan dilində ilk dəfə dərc olunur.

Bu kitabdan əvvəl Azərbaycan dilində Tur Heyerdalın “Adəmin izləri ilə” kitabı “Azerbaijan İnternational” jurnalının dəstəyi ilə 2011-ci ildə Bakıda dərc edilib.

“Kon-Tiki səyahəti” kitabını yaxın günlərdə Bakı şəhərində yerləşən mərkəzi kitab satış nöqtələrinən əldə edə bilərsiniz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG