Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 17:16

London-2012: Azərbaycan kanoeçiləri finalda

Sergey Bezuqlı və Maksim Prokopenko
Sergey Bezuqlı və Maksim Prokopenko
Avqustun 7-də Azərbaycan kanoeçiləri Sergey BezuqlıMaksim Prokopenko dueti London Yay Olimpiya Oyunlarında final mərhələsinə vəsiqə qazanıblar.

Azerisport.az xəbər verir ki, kanoeçilər 2 nəfərlik qayıqla yürüşdə 3 dəqiqə 37 saniyəyə 1000 metr məsafəni qət edərək birinci olublar.

Yarımfinalda hər qrupda ilk 3 yeri tutanlar avqustun 9-da saat 13:30-da keçiriləcək final yürüşündə iştirak edəcəklər. Qalan yerlərin sahibləri isə 9-cu yer uğrunda mübarizəni nəzərdə tutan B finalında yarışacaqlar.

Azərbaycanın London Olimpiadasında çıxış edən yığma komandası bu turnirdəki 10-cu yarış gününü arxada qoydu. Bu müddətdə ümumilikdə 53 idmançıdan 31-i uğursuz nəticə göstərib.

İdmançılardan yalnız 3 nəfər medal qazana bilib.
This item is part of
XS
SM
MD
LG