Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Magistraturada boş yerlərə qəbul başlayır


Avqustun 7-də Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul elan olunub. Əlavə qəbul bu il martın 4-də və iyunun 24-də keçirilmiş iki mərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb.

Ali təhsil müəssisəsinin magistraturasına qəbul olunmuş bakalavrların boş qalan plan yerlərinə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 9.00-dan avqust 13-ü saat 9.00-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (tqdk.gov.az/erizemagistr) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını «Bakalavrın elektron ərizəsi»ndə qeyd edib təsdiqləyirlər.

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı «Magistr» jurnalının 6-cı sayında dərc olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.

Dövlət hesabına magistraturada təhsil almış magistrlar dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
XS
SM
MD
LG