Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:42

İranda həbs olunmuş şairlərin məhkəməsi olacaq


Avqustun 7-də İranda həbs olunmuş azərbaycanlı şairlər Fərid HüseynŞəhriyar Hacızadənin məhkəməsi keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nahid Ömərov AzadlıqRadiosuna bildirib ki, ilkin razılaşdırmaya əsasən məhkəməyə Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndələri və ailə üzvləri də qatılacaqlar.

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-si Bakıya qayıdarkən Təbrizdə həbs ediliblər.

Azərbaycan hökuməti və ictimai təşkilatlar dəfələrlə onların qanunsuz həbs edildiyini bildiriblər. Xarici İşlər Nazirliyi isə şairlərin həbsi ilə əlaqədar indiyədək İrana 5 nota göndərib.
XS
SM
MD
LG