Keçid linkləri

2026, 16 Oktyabr, cümə, Bakı vaxtı 10:26

Lənkəranda əsgər ölüb

Avqustun 3-də Lənkəranda yerləşən «N» saylı hərbi hissədə əsgər ölümü qeydə alınıb. Məlumatı AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teymur Abdullayev verib.

19 yaşlı Kamal Sahib oğlu Alıyev avqustun 1-də yeməkxananın damından yıxılıb, aldığı xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan onun həyatını qurtarmaq mümkün olmayıb.

Kamal Alıyev Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
This item is part of
XS
SM
MD
LG