Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Suriyada baş nazirin istefasından sonra iclas keçirilib


Suriya hakimiyyəti keçmiş baş naziri Riyad Hijabın istefaya göndərilməsindən sonra dünən axşam kiçik iclas keçirib.

Rəsmi mətbuatın məlumatına görə, iclas baş nazir postuna təyin olunmuş Omar Galavanjinin rəhbərliyi ilə keçirilib.

Galavanji Riyad Hijab istefaya göndərilib ailəsi ilə İordaniyaya qaçandan sonra onun yerinə təyin olunub.

Suriya hakimiyyəti üç nazirin ölkədən qaçması xəbərini də təkzib edib.

Hələb və daha bir neçə şəhərdə isə üsyançılarla hərbçilər arasında döyüşlər davam edir. Hələbdən olan bir gənc şəhərdə kütləvi qırğınların olması, canını güclə qurtardığını bildirib.

Üsyançılar dünən gecə 40 iranlını ələ keçirdiklərini bildiriblər. Həmin iranlılar bir neçə gün əvvəl Dəməşqdə oğurlanmışdılar. Üsyançılar deyir ki, həmin adamlar İran İnqilab Qvardiyası ilə əlaqəlidir. Tehran isə deyir ki, həmin şəxslər zəvvarlardır.
XS
SM
MD
LG