Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Nazirlik sahibkarlardan təklif gözləyir


Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyi məlumat verib.

Sahibkarlıq subyektlərindən müasir quşçuluq, kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması, müasir istixana kompleksinin və müasir ət kəsimi müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul olunur.

Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
XS
SM
MD
LG