Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:02

Madonna “Pussy Riot” qrupunun üzvlərini dəstəkləyir


Amerikanın pop ulduzu Madonna “Pussy Riot” qrupunun üzvlərinin tezliklə azad olunacağına ümid etdiyini bildirib.

Madonna Moskvada Associated Press agentliyinə bildirib ki, söz azadlığını müdafiə edir. Ümid edir ki, hakimlər müttəhimlərə qarşı ədalətli olacaq.

Madonna hazırda Rusiyada qastroldadır.

Madonnadan başqa digər məşhur müğənnilər və incəsənət xadimləri də qrupun üzvlərini müdafiə etdiklərini bildiriblər.

Moskvada “Pussy Riot”un üç üzvünün - Maria Alyokhina (24), Nadezhda Tolokonnikova (22) və Yekaterina Samutsevichin (29) məhkəməsi davam edir.

Onlar Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Bu ilin fevralında kilsədə “Məryəm ana, Putini qov” məzmunlu “pank-dua” etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.

Əgər məhkəmə onları təqsirli bilsə, onları 7 ilə qədər həbs gözləyir.

“Pussy Riot”un hər üç üzvü xuliqanlıqda ittiham olunur. Onlar ittiham üzrə özlərini təqsirli bilmirlər.
XS
SM
MD
LG