Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:34

Aleksei Navalny`ın ofisindən dinləmə cihazı tapılıb



Rusiyada müxalifət fəallarından olan Aleksei Navalny avqustun 6-da bildirib ki, onun Moskvadakı ofisindən dinləmə cihazı, hətta kiçik videokamera tapılıb.
Navalny bu gün deyib ki, polisi hadisə yerinə çağırıb. Amma polis də ofisdən daha iki mikrofon, radioötürücü, kamera və batareya avadanlığı tapıb.

Aleksei Navalny ofisin axtarışı zamanı çəkilmiş videonu da internetdə yayıb.
Navalny hazırda istintaq altındadır. O, 2009-cu ildə Kirov rayon qubernatorunun qubernatoru olarkən cinayət əməllərində suçlu sayılır.

Onun tərəfdarları isə Navalny`a qarşı ittihamların siyasi motivli olduğunu, hakimiyyətin onun siyasi fəaliyyətini dayandırması üçün belə təzyiqlər etdiyini deyirlər.
XS
SM
MD
LG