Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 14:14

“Hakkani şəbəkəsi”nin liderlərindən biri öldürülüb

Əfqanıstanın şərqində NATO qüvvələrinin hava zərbəsi nəticəsində “Hakkani şəbəkəsi”nin liderlərindən biri Sher Mohammed Hakimi öldürülüb.

Bu haqda avqustun 6-da NATO komandanlığı məlumat yayıb. Məlumata görə, əməliyyat bazar günü axşam Lohar əyalətində həyata keçirilib. Daha üç yaraqlı isə yaralanıb.

Əfqanıstan hakimiyyətinin məlumatına görə, Hakimi yaraqlıların hazırlanması və diversiya təşkilatçılığı ilə məşğul olub.

“Əl-Qaidə” ilə əlaqəli olan “Hakkani şəbəkəsi” Pakistanda yerləşir. ABŞ bu qrupu xüsusi təhlükəli terrorçu qruplardan sayır.
This item is part of
XS
SM
MD
LG