Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:26

ABŞ-da məbədi silahlı hücum olub


ABŞ-da Viskonsiya ştatının Oak Creek şəhərində silahlı şəxs hindlilərin şih məbədinə hücum edib. Hücum edən şəxs də daxil olmaqla 7 adam ölüb, 3 nəfər yaralanıb. Hücum edən şəxs polisə bir neçə dəfə atəş aça bilib. Polis ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məbədə hücum bazar günü ayin zamanı baş verib. Həmin vaxt məbəddə onlarla adam olmuşdu. Polis hadisənin təfərrüatları haqqında ətraflı məlumat vermir.

İki həftə əvvəl ABŞ-ın Kolorado ştatında kinoteatra edilən hücum nəticəsində 12 adam öldürülmüşdü, 58 adam yaralanmışdı.
XS
SM
MD
LG