Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:00

Tərəfdarları Timoşenkoya 365 qızıl gül aparıb


Ukrayna müxalifətinin nümayəndələri keçmiş baş nazir Yuliya Timoşenkoya baş çəkmək üçün Xarkova gediblər.

7 illik həbs cəzası çəkən Timoşenko hazırda Xarkov xəstəxanasındadır.

Avqustun 5-i Timoşenkonun həbsinin 1 ili tamam olur.

Buna görə də tərəfdarları Timoşenkoya 365 qızıl gül aparıblar.

Timoşenko səlahiyyətlərini aşama ittihamı ilə 7 il azadlıqdan məhrum edilib.

Söhbət onun baş nazir olduğu dövrdə Rusiya ilə imzalanmış qaz müqaviləsindən gedir.

Bundan başqa ona qarşı maliyyə fırıldaqçılığı ilə ikinci cinayət işi açılıb.

Timoşenko və tərəfdarları həbsin siyasi motivli olduğunu deyirlər.
XS
SM
MD
LG