Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

London-2012: Azərbaycanlı çapar olimpiada ilə vidalaşdı


London 2012
London 2012
London Olimpiadasında Azərbaycanın yeganə çaparı Camal Rəhimov olimpiada ilə vidalaşıb.

Yarışçılar arasında 60-cı olan idmançı ikinci təsnifat mərhələsini adlaya bilməyib. Üçüncü mərhələyə 45 idmançı yüksəlməli idi.

İlk mərhələdə çapar 5 cərimə xalı almış və 85,09 saniyə nəticə ilə 53-57-ci yerləri bölüşdürürdü. İkinci mərhələdə isə o, 13 xal almışdı.

GÜLƏŞÇİNİN QƏLƏBƏSİ

Pekin Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramov (55 kq) avqustun 5-də meydana çıxıb. Və o yarışa qələbə ilə başlayıb. Güləşçi 1/16 finalda rusiyalı Minqiyan Semenovu üstələyib - 3:0.

O, növbəti mərhələdə Tomas Spenser Manqo (ABŞ) ilə görüşüb. Hər iki hissəni 4:0 üstünlüyü ilə başa vuraraq 1/4 mərhələyə yüksəlib.

BOKSÇU BÜRÜNC MEDAL ALA BİLƏR

Avqustun 5-də Azərbaycan yığmasının iki boksçusu da rinqə çıxacaq. Onlardan Teymur Məmmədov (91 kq) Olimpiadada ikinci döyüşünü keçirəcək.

İlk görüşdə o avtraliyalı rəqibini - Tapu Opetaya Cayı 1/4 finalda məğlub etmişdi. Bu dəfəsə o Belorus idmançısı Sergey Korneyevlə üz-üzə gələcək. Azərbaycanlı boksçu rəqibinə qalib gəlsə, bürünc medal qazana bilər.

Qadınların yarışında isə Azərbaycanı Yelena Vıstropova (75 kq) təmsil edəcək. Yarışa 1/8 finaldan qoşulacaq atletin rəqibi nigeriyalı Edit Oqoke olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG