Keçid linkləri

2026, 13 İyun, şənbə, Bakı vaxtı 17:21

Əfqanıstanda daha 2 NATO əsgəri öldürülüb

Əfqanıstanda daha 2 NATO əsgəri öldürülüb, 6-sı isə yaralanıb.

Yaraqlılar Bamian əyalətində yerli qüvvələrə köməyə gedən əsgərlərə hücum ediblər.

Ölənlər Yeni Zelandiya əsgərləridir.

Hazırda Əfqanıstanda 145 Yeni Zelandiya əsgəri var.

Yeni Zelandiya hökuməti artıq 2013-cü ilin sonunda onların çıxarılacağını bəyan edib.

Ümumilikdə Əfqanıstan müharibəsində 7 Yeni Zelandiya əsgəri ölüb.
This item is part of
XS
SM
MD
LG